Qarabağı qaytarmağın yolu!

Azərbaycan hökümətində nə baş verir? Nə oldu ki, İlham Əliyev 16 siyasi məhbusu azadlığa buraxdı? Bu suallara cavab tapmaq çox çətindir. Dəqiq olanı yazmaq üçün hökümətin mətbəxində olmaq lazımdır. Deyilənlər spekulasiyalaşdırılmış informasayaların toplamıdır. Gənclər xüsusilə diqqətli olmalıdır. Aldanmaq olmaz.
Mənim belə məsələlərdə diqqətimi çəkən isə yaranmış vəziyyətdən bizim necə istifadə edəcəyimizdir. Qarabağda atəşkəs pozuldu. Bir-iki addım irəliləyəcimiz torpaq işğaldan azad edildi. Müqabilində 31 gənci itirdik. Qarabağ səbəb idi, yoxsa bəhanə, bilə bilmirik.
Mənim bu fonda bir neçə təklifim var. Gülməli deyil, həqiqəti yazıram.

İllərdir ermənilərlə dolma-balaban davası edirik. Ermənistan tərəf də, bizim tərəf də dövlət əhəmiyyətli musiqi alətləri, milli mətbəxə xas yeməklər, “tatami”lərdə qızıl medal davası edirlər. Qarabağ yaddan çıxıb, düşüblər dolma dalınca. Çıxış yolu tapmışam. İlham Əliyev sözümüzü eşitsəydi(!) birdəfəlik bu məsələlərə son qoyardıq. Bizim axı MDB-də analoqu olmayan dövlətimiz var. O dövlətin güclənməsində “faydası” olan bir neçə məmur artıq hökümətə problem yaradırlar. Eldar Mahmudov kimi, Samir Şərifov kimi. Hə, mən deyirəm ki, ermənilərdə güclü dövlət yoxdu axı. İstifadə müddəti bitmiş şəxsləri verək ermənilərə. Erməni dövlətində onlar vəzifədə olsunlar. Əvəzində onlar da dolmadan, zurnadan vaz keçsinlər. Bir neçə deputat var, ölkə baççısını həmişə biabr edirlər. Məsələn, Siyavuş Novruzov. Onu da verək onlara, getsin onların baççısını biabr eləsin. Məsələn, Hacıbala Abutalıbov. Ölkədə iqtisadi böhran var. Bu başına döndüyüm də durub gül bayramı keçirəcək. Milyonlarla pul xərcləyəcək. Onu da verək, İrəvan meri olsun. İrəvanı sabahdan-axşama kimi tüleyman, tüleyman, tüleyman…
Əliyev üçün bitmiş çox məmuru verə bilər. Həm erməni dövləti əlimizdə olar, həm də ölkəni çökərdərik. İstədiyimiz vaxt erməni dövləti Qarabağın qayıtması barədə qərar verə biləcək. Azərbaycan dövlətinin anasını ağlatdıqları kimi Ermənistan dövlətinin də anasını tüleyman, tüleyman, tüleyman…
Hacıbalanın müqabilində “Sarı Gəlin” bizim olacaq…
Siyavuş Novruzovun müqabilində Balaban bizim olacaq…
Samir Şərifovun müqabilində dolma bizim olacaq…
Məndən təklif etmək. İstəsəz məni tutun, istəsəz təklifimi dəyərləndirin.  Seçim sizə qalıb!

Reklamlar

İsmətə kəndiri kim düzəltmişdi?

“İnsanlığın qarşısındakı ciddi təhlükələr barədə insanlar həmfikir ola bilirlər. Bu ciddi təhlükələrə qarşı münasibət isə fərqli olur. Eynşteynin münasibəti Prinstonda  rahat bir yaşayış və çox sevdiyi araşdırmalarına daha çox vaxt ayırmaq oldu. Rasselin münasibətisə etirazlara liderlik edib, polislər tərəfindən həbs olunmaq, geniş yazılar yazmaq, müharibə cinayətləri məhkəməsi qurmaq və başqa yollarla oldu. Bəs, nəticə? Rassel o zaman da, indi də pislənib, ittiham olundu. Eynşteyn isə yüksəklərə qaldırıldı, uca tutuldu. Bu, bizi təəcübləndirməli mi? Qətiyyən!”  Noam  Çomski.

Tədris ilinin başlaması ilə elə bir xəbər yayıldı ki, təsirindən çıxmaq mümkün deyil. Bilmirsən, tədris ili başlayır, yoxsa daha bir 9 aylıq rüşvət fəsli. “Təhsil millətin gələcəyidir” deyən Heydər Əliyevdən vaxtında soruşmaq lazım idi: Rüşvət nəyin(kimin)gələcəyidir? Keçib artıq, gecdi. Uzun zaman bu hadisəni unutmaq mümkün olmayacaq.  Bir işıq olacaq bundan sonrakı həyatıma. Belədir, nəsə baş verər və siz dəyişmək barədə qərar verərsiniz.

12 yaşlı İsmət elə bir hərəkət etdi ki, damarlarda axan qan durmalıdır. Udquna bilməməliyik. Bu, bizi dayandırmamalı, daha sürətli addımlarla yolumuzu davam etdirməyə böyük bir təkan olmalıdır. 12 yaşlı İsmət artıq aramızda deyil. Dünyasını dəyişib, ruhu şad olsun. İsmət, etdiyi hərəkətlə hər şeyi alt-üst etdi, daha doğrusu, etməli idi. Görünən odur ki, cəmiyyət bundan təsirlənmədi. Cəmiyyət, özünü qapadıb. Heç nəyi qəbul etmir. Müqəddəratını özü həll etmək barədə isə düşünmür.

12 yaşlı İsmət məktəbə getmək üçün çantası və köynəyi yoxdur deyə özünü asıb. 12 yaşında! O, bu hərəkətilə nə demək istədi? Özünü asarkən, ipi taparkən, quraşdırarkən nə hisslər keçirirdi? Heç vaxt bilə bilməyəcəyik! Günahkar axtarmaq niyyətim yoxdur. Niyə axtarım ki? Mən bilirəm, bəs siz?

Xəbəri oxuyandan, o barədə düşünürəm. Mənim o illərdə nələrə marağım olub, ailədə maddi durum necə olub, düşünürdüm. Diqqətimi bir şey çəkdi. İsmət, 2003-cü ildə doğulub. 2003-cü il isə xalqın meydanlarda etiraz etdiyi, döyüldüyü, öldürüldüyü il olaraq hamımızın yaddaşındadır. Meydanlar insanlarla dolub, daşan il. Dəyişikliyin astanasında olduğumuz il. Baş vermədi. Hər nə oldu, fərq etmir, dəyişmədi. İsmətin doğulduğu il ölkədə dəyişiklik olsaydı, bu hadisə də baş verməzdi.

İsmətin doğulduğu və dünyasını dəyişdiyi illərdə Azərbaycana neftən milyardlarla dollar pul gəlib.O pullardan 50-100 manat atası Qismətə qismət olmadı. Olmadı ki, oğluna çanta alsın, köynək alsın, qələm-dəftər alsın.

Bu 12 ildə bizə məlum oldu ki, İlham Əliyevin oğlunun Dubayda 50-60 milyonluq villası var. Bəli, neçə İsmətlərin çantalarını puluna alınmış bir villa.

Bu 12 ildə bizə məlum oldu ki, İlham Əliyevin 59 milyon dollarlıq yaxtası var. Bəli, neçə İsmətlərin köynəklərinin puluna alınmış bir yaxta.

Bu 12 ildə bizə məlum oldu ki, dəyəri 25 milyon dollar olan malikanəsi var ailənin. Bəli, neçə İsmətlərin qələm-dəftərlərinin puluna alınmış bir malikanə.

Bu 12 ildə bizə məlum oldu ki, Panama adalarında ailəyə məxsus 9 şirkət mövcuddur. Bəli, neçə İsmətlərin özünü asmağa lazım olan ipin puluna açılmış 9 ofşor şirkət.

Sadaladıqlarım hamısı deyil. Bir neçəsidir. Xədicə İsmayılın başlatdığı araşdırmaların nəticəsi ilə bizə məlum olanlar bunlardır. Xədicə İsmayıl isə bu araşdırmalara görə həbsdədir.

İnsanlıq qarşısında təhlükəni görən Xədicə, Rasselin seçdiyi metodu seçdiyi üçün həbsdədir. Çünki, o bilirdi ölkə bu günə düşəcək. O bilir ki, bundan da daha pis günlər bizi gözləyir. Ona görə susmur.

Məsələ ondan ibarətdir ki, Azərbaycanda susmağın sonu Eynşteyn olmaq deyil.

Valideynləriniz üçün savaşın!

generation-gap

Valideynlər övladlarına qarşı çox ədalətsiz davranış sərgiləyirlər. Eynilə də övladları onlara qarşı. Övladlarını qorumaq istəyən valideynlər onlara çıxması çox çətin olan yollara sürükləyirlər. Övladlar da bu yolda uğurla irəliləməklə vaildeynləri onların üzərində daha çox qaydalar tətbiq etməyə sövq edirlər.

Nədən qorunmaq lazımdır? Nələrə qarşı diqqətli olmaq lazımdır, dəqiq bilmirlər. Övladlarının təhsilli olmaqlarını istəyən valideynlər, əslində onların sadəcə diplomlu olmalarına səbəb olurlar.  Vicdan əxlaqı formalaşmır. Bir gənc digər bir gəncə qarşı həmişə şübhədə olur. Aşağılama mexanizmi daha çox çalışır, nəinki qucaq açmaq. Yumor hissini itirməyə səbəb olan bu aşağılama vərdişi demək olar ki, hər kəsə siraət edib. Facebook paylaşımlarında bunu daha çox hiss etmək olur. Satira bayağılaşıb, smile işarəsi qoyulmasa hər an dava düşəsi söhbətləri oxumaq olur. Hər kəs özünü zarafatcıl təqdim etmək istəyir. Cəmiyyətin gənc təbəqəsi şən gənclər klubudur sanki. İçində qərəz olan bur yumora gülənlərin də sayı az deyil.  Səbəblər isə fərdi olaraq dəyişir. Birinə ailəsi, birinə məktəb müəllimi, birinə məhlə uşaqları, birinə AzTv, birinə sinif yoldaşları təsir edib. Ən başda isə ailə durur.

Azərbaycanda uni-yə daxil ola bilməyən bir gənci xaricdə oxuması üçün başqa ölkəyə yollamaq tam bir dəlilikdir. Bu məsələdə də `el qınağı` utancı dövrü başlayıb. Əvvəllər ölkədə universitetdə oxumaq uğrunda mübarizə var idisə, yavaş-yavaş xaricdə oxumaq uğrunda valideynlər arasında mübarizə başlayıb. Bunun yaxşı tərəfləri də var ki, aralarında bir neçə uğurlu tələbəni görə bilirik.

Rəftarda problem var. Lap uşaqlıq dövürlərindən onlara yanlış bəzi şeylər aışılanır. “Xalxın uşağı” basqısını 30 yaşına kimi üzərində hiss edən biri çətin uğur qazana. Haqqında danışılan kimdir?  O nə edib ki, bütün valideynlər ondan xəbərdardır? Hansı uğurdan söhbət gedir? Yarımyamalaq universiteti başa vurub hardasa cuzi maaşla çalışan biridir bəlkə o? Altında maşını, geyimi yerində, məhlədəki mağazaya borcu yox, ailəsini dolandırır. Bəs cuzi maaşla necə edə bilir bunu? Rüşvət almaqla? Hər kəs rüşvət almaqla yaxşı dolana bilirsə, bu qədər çox dolanışıq problemi yaşayan ailə olmazdı. Çox az belə `uğur` qazanan var. Uğurlu olanlar “xalxın uşağı”dır. Ailə büdcəsi o qədər aşağıdır ki, valideyn övladının nə yolla olur, olsun pul qazanmalarını istəyir. Nə edirsə, etsin, evə pul aparsın. Yalnız o zaman bu dəhşətli basqıdan canını qurtara bilər. Bununla da vicdan əxlaqı məhv oldu. Savadı və vicdanı yerində olanların uğruları çox azdır deyə onlar `xalxın uşağı` ola bilməyiblər.

Evdən çöldə cəngəllik qaydaları hökm sürür. Narahat olmaqda haqlıdırlar. Mədəniyyətdən kənar gənclər, yol hərəkəti qaydalarını hər an pozan sürücülər, pul keşiyində duran polislər, minbir xəstəlik daşıyan fahişələr.

Onlardan qorunmaq lazımdır, bu təbiidir. Övladlara aşılanmalı olanlar aşılansaydı onlar özləri qoruna bilərdi bunlardan. “OLMAZ!” demək əvəzinə niyə olmaz izah olunmalıdır. Dava etməyin zərərli tərəfini polis bölməsindən 300-500 manat verib çıxarmağın çətin olması deyil, qeyri-insani hərəkət olduğunu izah etmək lazım idi. Gec deyil, hələ şansımız var.

Bəs, siz necə, valideynlər? Özünüzü nələrdənsə qoruyursunuzmu?

Məsələn, Xoşqədəmdən qorunursunuzmu? Mirşahindən qorunursunuzmu? Polat Ələmdardan qounursunuzmu? Yox! Əlbəttə yox! Qorunmaq üçün şansınız da yoxdur. Bütün qapılar bağlıdır. Normal televiziya yox, normal qəzet yox. İnternetə girməyə də üşənirsiniz. Hələ ki, buna da ayıb baxırsınız. Teatr yox, film salonlarında primyeralarda normal filmlər yox. İnkişaf üçün heç bir imkan yoxdur. Özün çabalamalısan. Bunu isə hər kəs etmir. Böyük əksəriyyətində inkişaf orta təhsil dövründə, bəzilərində isə universitet təhsili ilə bitib. Kitabxanalarda yaşlı nəslə çox az rast gəlinir. Sonra da deyirlər gənclər oxumur.

Xoşqədəmə baxmadan həftəsini keçirməyən bir ana övladına nə verə bilər? Verilişini başladırlar. Əla! Bəs, digər xoşqədəmlər? Onsuz da Xoşqədəm başqa bir formatda beynimizə təcavüz etmək üçün hansısa kanalda qarşımıza çıxacaq.  İnciməyin, sözümü qəribçiliyə salmayın. Mirşahinə baxaraq Leyla Yunusa vətən xaini deyən bir ata çöldəki cinayət meyilli birindən daha təhlükəlidir. Cinayət real bir şeydir. Cinayətə meyilli olmaq da realdır. Cinayətə meyillilik yaratmaq isə cinayət hesab olunmur. Meyxana hər yerdə təbliğ olunur. `ostonovka mahnıları` dediyimiz mahnılar gənclərdə cinayətə meyillilik yaradır. Narkotik qəbul etməyə çağırışlar, sevgilisi üçün birini öldürməyə sövq etmə, özünə qəsd, intihar vəs  bu kimi şeyləri meyxana və ya ona bənzər muqiqi növlərində(?) açıq hiss etmək olur. Çox təəssüflər, müqavimət də yoxdur. Əsl peşakar və mədəni insanlar isə bu zərərli şeylər barədə qorunmağın vacib olduğunu vurğulaya bilmir. Çıxıb hər hansı proqramda bu haqda danışsa, daha heç bir proqramda ona yer yoxdur. Yer varsa belə şou xarakterlidir. Sosial mesajlar üçün kanallar qapıları bağlayıb çoxdan. Orda ancaq Əli Mirəliyev kimilər üçün yer var. Dövrünün Üzeyir Mehdizadəsi.

Xədicə İsmayila qarşı açılan cinayət işində səbəb birinin intihar etməsinə səbəb olmadır. Bəs, yaxşı, bu axmaq-axmaq meyxanalarda gəncləri narkotikə çağıran meyxana ustadları barədə niyə ölçü götürülmür? Mənə elə gəlir çox sadəlöhvlük edirəm…

Valideynlərimizi tvlərimizdən xilas etməliyik. Valideynlərimizi xəstəlik yayan ərzaqlardan qorumalıyıq. Onları əlavə bir xəstəlik yaradan dərmanlardan qorumalıyıq. Yollardakı nəqliyyat canavarlarından qorumalıyıq. Bu canavarlardan heç kim siğortalanmayıb. Eləcə də valideynlərimiz. Rüşvətlə sürücülük vəsiqəsi verən aidiyyatı orqanın başında duran şəxsdən xilas olmaqla onları qorumaq adına böyük bir addım ata bilərik.

Ölkədə hər kəs təhlükə altında yaşayır. Hər an hər şey baş verə bilər. 90-cı illərdə Türkiyədə bu şüar çox aktual idi: Olurmu, olur ölkəsi! Azərbaycan həmin dövrünü yaşayır. Baş verən ən dəhşətli hadisəyə belə təəccüblənə bilmirik. Övlad anasının qatili olur, anajh övladının, qız sevgilisinin və s. Soyuqdəymədən ölən əsgərlərimiz, həkim səhlənkarlığının qurbanı olan xəstələr, dövlət orqanların özbaşınalığından təngə gəlib özünü yandıran Qarabağ qazıləri, bank borcuna görə özünü asan insanlar və belə dəhşətli xeyli hadisəyə təəccüblənə bilmirik. Bizləri təəccübləndirən yeganə şey isə ölkə başçısının stand-up-larıdır.

Rafiq Tağının dediyi kimi: Azərbaycan elə bir ölkədir ki, yanında duran şəxsin hər an səni bıçaqlamasına heç kim zəmanət verə bilməz.

Cəngəllik qaydalarına uyğun həyat tərzi yaşamaqdansa, cəngəllikdən çıxmaq lazımdır. Cəngəllik qaydalarını tətbiq edəndən imtina etmədiyimiz müddətcə bu gülüstan bizə cəngəllik olacaq.

Ölüm nədir?

Ölüm necə baş verir? Ürək döyünmür, beyin  öz funksiyasını dayandırır. Ölüm budur?

Bəli, ölüm ölməkdir, cansızlaşmaqdır.

Ruhun bədəni tərk etməsidir ölüm.

Bəs, ruh nə zaman tərk edir bədəni?

Bizim dilimizdə işlənən bir söz var: “ruhsuz adamdır” deyirik kiməsə.

Niyə dediyimizi keçək.

Bəli, nəfəs alaraq da ölüm var. Beyində hüceyrələrin ölməməsi ilə də ölüm baş verir.

Məsələn, nə üçün yaşadığını bilməmək, nə üçün yaşadığını bilib, onun üçün çalışmamaq, nə üçün yaşadığını bilib, onun üçün çalışıb, yaşaya bilməmək.

İntibah dövrünün filosofları bilsəydilər ki, gün gələcək insanlar həm savadlı, həm də cahil ola biləcəklər, məncə çox şeydən əl çəkərdilər.

Dövr başqadır, insanlar yaşamaq üçün min hoqqadan çıxırlar.

Sənin azadlığın, başqa birinin azadlığı başladığı yerdə bitir. Möhtəşəm ifadə olunub. Elə deyilmi?

Bir neçə gün öncə Bakıdan Ukraynaya getmək üçün 3 dostumuz yola çıxıb. İstanbuldan salıblar yollarını. İstanbuldan 3 dostumuzu yola saldıq Kiyevə. Bir gün sonra yenidən İstanbula qayıtdıqlarını eşitdim. Məlum olub ki, onları aeroportdan geri göndəriblər. Səbəb: Kimsə zamin durmalıymış onlara. Bu 3 gənc dostumuz Bakıda cuzi maaşla işləyənlərdəndir. 3-5 manat pul yığaraq gəzmək qərarına gəlmişdilər. Əylənmək üçün ayırdıqları pulları da yenidən Kievə getmək üçün biletə verdilər.

Biz İstanbulda bu işlərlə məşğul olan bir şirkətlə əlaqə saxladıq. Şirkətdən bizə dedilər ki, ora Ukraynadır, adam başına 20 dollar versəz, keçərdiz. Belə çıxır ki, aeroportdakı o işçi, kiminsə xəyallarını qırmaqda rahat imiş.

Dünyanın ən uzaq yerində belə qanunlar işləmirsə, bunun hamımıza təsiri var, buna inanın.

Düşünün, başqa bir ölkəni kənara qoyun, Azərbaycanda qanunlar işləmirsə, başqa ölkənin vətəndaşlarından nə qədər rüşvətlər alınır. Digərləri üçün biz kimi? Hansı ki, bu 3 gənc dostumuz ukraynanıları söyürdülər. Səbəbsiz, sualsız, sorğusuz.

Yanan bina haqqında çoxları yazıb. Yazılmayanı yazmaq lazımdır. Hər kəs eyni şeyi yazmasın, lütləşməyək.

Dövlət binalarının neçə faizinin üzləməsində penoplast istifadə olunub? Çox az. Aqlay daşlarla üzlənir dövlət binaları.

İlham Əliyev yalan danışır. Gözünün içinə kimi yalan danışır. Onun yaşadığı sarayda bütün hər şeyə diqqət edilir. Gözü heç kəsi görmür. Atasının adına olan o dillərə dəstan binada  belə yanğın çıxmışdı. İlham Əliyev heç kəsi düşünmür. Məmurları ancaq özlərini və İlham Əliyevi. Vəssalam. Xalqa yer yoxdur onların düşüncələrində.

Bəs xalqın düşüncələrində onları əfv etmək barədə fikir varmı?

Yaşayan ölülükdən xilas olsaq, görəcəyik!

Oğul dağı!

Ataların, övladları ilə fəxr etməsi qədər gözəl hiss yoxdur.

Analar görmüşük, övladının xoş həyat yaşaması üçün nələrindən-namus, qeyrətindən keçib. Nəticədə övladları maddi əziyyət çəkməyib.

Küçələrdə nə qədər lümpen həyat yaşayan gənclik görürük. Valideynləri onlar barədə nə düşünür,  kim bilir.

Ən son model maşınlarda gəzən, ən lüks həyat tərzi yaşayan gənclər də az deyil.  Valideynləri onlar haqqında nə düşünür, kim bilir.

İlham Əliyevin sayəsində ölkəmizdə “belə şey mümkün deyil” deyimi yaddan çıxıb, unudulub, heç kim belə demir.

Övladlarının rüşvətlə xeyli pulunun olması valideynləri üçün fəxr olub artıq, siz nə haydasız?

Sizcə Azərbaycanda övladının rüşvət almasına görə utanan valideyn var?

Budur faciə!

9 milyonluq Azərbaycanda az sayda ailə var ki, övladlarını qoruyub belə bəlalardan. Faciədə iştirakçı olmasının qarşısını ala bilib.

Belə valideynlərdən biri də Rafiq Daşdəmirlidir.

Rafiq dayı, nəinki öz övladlarını qorumağa çalışıb, hətta bütün gəncliyi təmiz,  vicdanlı görmək istəyir.

Bütün problemlerin kökündə duran hökümətə qarşıdır. Ona qarşı çıxır. Mitinqlərə çıxıb, həbs olunub, döyülüb.

Ondan soruşun görək hələ etdiklərinə görə qram da olsa peşmançılıq hissi keçirirmi? Əsla!

İlham Əliyev ona bir cavab verdi: get öz övladının dərdini çək.

Həbsə atdı. Kifayət qədər savadlı gəncdir Sənan Daşdəmirli.

İlham Əliyevin Sənanı həbs etməsinə görə Rafiq dayı “bütün gənclik xilas olmalıdır” fikrindən, demokratik Azərbaycan amalından vaz keçmir.

Valideynlər, övladlarınıza pul qazanmağın yollarını öyrətməyin. Şərəfli bir ömür yaşamalı olduqlarını onlara izah edin.

Zorla və Xorla!

Əvvəllər lağ etdiyimiz şeylər indi adiləşib.

Yadımdadır, mən balaca olanda şalvar geyinən qadınlara pis baxırdılar, saçını sarı edənlərə pis baxırdılar. İndi çox adiləşib. Saç düzümü, saqqal stilinə görə kişilik ölçülürdü. Əvvəldən belə dedi-qodu həvəskarı olmuşuq.

İndi də çətin mövzular var. Gənclər artıq valideyn sözünə, el qınağına o qədər də bağlı deyillər. İndi ümumi zövq formalaşır. Eyni gödəkcələri, eyni ayaqqabıları, eyni köynəkləri şəhərdə çoxlarının əynində görə bilirik. Mobil telefonun modaya görə alındığı(əslində kreditlə) gənclərdən ibarət sosial həyat var.

Nəsil dəyişikliyi zamanı bu qədər kəskin fərq olmamalı idi. Niyə belə oldu?

Sual çətindir. İndiki 20-30 yaş arası gənclər, parça şalvardan başqa şalvar geyinməyən kişilərin, saçını sarı edən qadınların qiybətini edən xanımların övladlarıdır. Əksəriyyətdən gedir söhbət.

İndi dünyaya gələn körpələr, AzTv ilə böyüyən gənclərin övladlarıdır. Həmin gənclər ki, balaca vaxtı yollara düzülüb, “Heydər baba” qışqıranlardır.

Yuxarıda qeyd etdiyim  ümumi zövqsüzlüklə yaşayan gənclərin niyə belə olduğunu bildiniz?

İndiki gənclər xora alışıb. Zorla və xorla özlərinə baba seçən gənclər, təbii ki, anlamayacaq zövqsüzlük nə olan şeydir.

“Qara qurtka”-ın niyə hamı tərəfindən seçildiyini cavablandırmaq çətin deyil.

Gəncləri bu hala salan kimdir? Valideynlər yoxsa siyasi hakimiyyət?

Məncə valideynlər.  Ona görə ki, valideynlər vaxtikən bu hökümətə göz yummasa bunlar baş verməzdi.

Bakının gecə həyatının dəhşətli dərəcədə təhlükəli olduğunu hər kəs bilir. Valideynlər bundan əziyyət çəkir.

Gecələr övladlarının çöldə-bacada pulsuz-parasız nə etdikləri onlar üçün asandır.

Di gəl ki, həmin gənclər siyasətlə məşğul olmaq istəsə valideynlər onların qarşısını hər vəchlə alacaq.

İcazə verməyəcəklər övladları övladlarının gələcəyi üçün çalışsınlar.

Gənclər, inanın, çəkdiyimiz bütün əziyyətlərin səbəbkarı, “raddomdan” uşağını rüşvətlə çıxaran valideynlərdir.

Rüşvətlə məktəb, rüşvətlə universitet, rüşvətlə iş.

Zorla xor oxumayaq!

Sistem qulları

İnsanların hamısı xoşbəxt olmağa layiq deyil. Başqalarının bədbəxtliyi üzərində xoşbəxtlik quran insanların bunda haqqı olduqlarını heç kəs deməsin. 

Balaca idim, yadıma gəlir. Kənddəki qonşularımızın əksəriyyəti ailəlikcə Türkiyədə işləməyə gedirdilər. Övladlarının yaşından asılı olmayaraq, gedirdilər. Indi bizim kənddə xeyli oxuma-yazma bilməyən həmyaşıdlarım var. Valideynlərin nə üçün başqa ölkədə iş axtarmağa getməsi sualı sizi düşündürməsin. Cavabı yoxdur, əgər sizdə vicdan deyilən o zad varsa. 

Pul! Kasıbın xoşbəxt olması üçün nə qədər vacibdir, deyilsəniz anlamazsınız. 

Pul! Valideynin övlad üzərində qayğısını başlatmasının ən vacib hissəsi. 

Pul hər şey demək deyil, çox şey deməkdir.  

Türkiyədə işləməyə gedən ailələr-qonşularımız təkcə övladlarının təhsilsiz olmasına səbəb olmadılar. Çoxu xəstə qayıtdı. Ya o xəstəlikdən öldülər, ya da o xəstəliklərdən əziyyət çəkirlər.  

Dövlətin vətəndaşa, insanların bir-birinə qarşı münasibətdə ən son hörmət qoyulanın insan olduğunu ölkələrdə nə yaşamaq, nə də gəzmək lazımdır. 

Bir qəpik də olsa dövlətə xeyir vermək lazım deyil. 

Son iki cümlədəki fikirlə razı olan, başqa ölkəyə getməyən, gedə bilməyən insanlar isə öz ölkələrində dövlətin başında olan hökümətin qurduğu siyasi sistemin qulu olurlar.